EN

Diniyev “Çorum” karyerasına qolla başladı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin “Çorum” klubundakı debüt oyununda qol vurub.

Msport.az xəbər verir ki, o, I Liqaın XXIV turunun “Yeni Malatyaspor”la matçında fərqlənib. Yarımmüdafiəçi 14-cü dəqiqədə hesabı açıb. Hazırda davam edən görüşdə Diniyevin komandası öndədir – 1:0.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Bandırmaspor”dan “Çorum”a keçib.

Chosen
26
msport.az

1Sources