EN

Tramp ABŞ şirkətlərinin xeyrinə xarici məmurların pulla ələ alınmasına icazə verib

ABŞ Prezidenti Donald Tramp biznesdə üstünlüklər əldə etmək məqsədilə xarici dövlət məmurlarına rüşvət verməkdə ittiham olunan Amerika vətəndaşları və şirkətlərinin təqibinin Ədliyyə Nazirliyi tərəfindən müvəqqəti dayandırılması barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Bu, Amerika üçün daha çox biznes imkanları deməkdir", - KİV Trampa istinadən bildirib.

Sənəd faktiki olaraq 1977-ci ildən qüvvədə olan Xaricdə korrupsiya haqqında qanunu (FCPA) zəiflədir. Fərmana əsasən, baş prokuror Pem Bondi FCPA üzrə araşdırmaları dayandırmalı və onun tətbiqi üçün yeni təlimatlar hazırlamalıdır.

Ağ Evdə bildiriblər ki, antikorrupsiya qanunu "beynəlxalq şirkətlər arasında adi hal" olan praktikada iştirakı qadağan etməklə Amerika biznesini xarici rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salıb.

KİV qeyd edir ki, "Transparency International" artıq bu qərarı tənqid edib və bunun korrupsiya ilə beynəlxalq mübarizəyə zərbə vura biləcəyini diqqətə çatdırıb.

Chosen
14
7
report.az

8Sources