Yanvarın 20-də ABŞ administrasiyasının başına keçən Donald Trampın Şimali Koreya ilə diplomatiyaya qayıdıb-qayıtmayacağı hələ də maraq mövzusu olsa da, Koreya yarımadasında gərginlik artıb.
"ABŞ nüvə sualtı qayığının bu il Koreya yarımadasında ilk dəfə ictimaiyyətə görünməsi ABŞ-nin Şimali Koreya ilə qarşıdurma üçün sarsılmaz isteriyasının, Şimali Koreyanın təhlükəsizliyinə danılmaz təhdid və regionda hərbi gərginliyi artıran sabitliyi pozan amilin bariz ifadəsidir", - Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .
“ABŞ-ə XƏBƏRDARLIQ EDİRİK ki, təxribatlarını davam etdirməsin”
Bəyanatda vurğulanır ki, ABŞ-nin Koreya yarımadası və onun ətraf ərazilərində faktiki hərbi münaqişəyə səbəb ola biləcək düşmən hərbi hərəkətlərindən “ciddi narahatdır” və “ABŞ açıq şəkildə Şimali Koreyanın təhlükəsizlik narahatlığına məhəl qoymur ” .