EN

"Gürcüstan yerli seçkilərin baş tutmamasına imkan verməyəcək" - Kobaxidze

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosunun çağırışlarına baxmayaraq, Gürcüstanda yerli seçkilər 2025-ci ilin payızında keçiriləcək.   Manset.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstanda hər kəs Konstitusiyaya və qanunvericiliyə hörmət etməlidir. Yerli hökumət orqanları, merlər, sakrebulo (şəhər şuraları) dörd illik müddətə seçilir və təbii olaraq, dörd ilin sonunda bu mandat yenilənməlidir”, - o Avropa qurumunun müraciətini şərh edərkən jurnalistlərə bildirib.

Chosen
14
7
manset.az

10Sources