Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var.
Referans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb.
Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur.
Məlumata görə, sözügedən borca görə C.Alaverdizadənin ölkədən çıxışına məhdudiyyət qoyulub.