EN

Yunanıstandan Ermənistana S-300 zenit-raket komplekslərinin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yunanıstanın Milli Müdafiə Naziri Nikos Dendias, Ermənistana "S-300" zenit-raket komplekslərinin verilməsi ilə bağlı planların olduğunu iddia edən məlumatları təkzib edib.
Oxu.Az-ın erməni mənbələrinə istinadən bildirdiyinə görə, Dendias, 2024-cü ilin dekabr ayının ortalarında "Yunan həlli" partiyasının lideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verib.
"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin hər hansı bir nöqtəsində ölkənin müdafiə qabiliyyətinin tam şəkildə qorunub saxlanılmasıdır", - Dendias bildirib.
Xatırladaq ki, daha əvvəl enikos.gr portalı Yunanıstanın Ermənistana "S-300", "TOR-M1" və "Osa-AKM" zenit-raket komplekslərini təhvil verəcəyi barədə məlumat yayıb.
Chosen
12
19
oxu.az

10Sources