Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.
"Far.Az" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14 və 49-cu dəqiqələrdəki dəqiq zərbələrinə sevinib - 2:0.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib. Azərbaycanlı futbolçunun komandası turnir cədvəlində 38 xalla dördüncü sırada qərarlaşıb.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda ikinci qolunu vurub.
"Far.Az" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hesabı açıblar.
49-cu dəqiqədə yığma üzvü fərqi iki topa çatdıraraq dubl müəllifi olub. Hazırda davam edən matçda "Çorum" 2:0 hesabı ilə öndədir.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubundakı debüt oyununda qol vurub.
"Far.Az" xəbər verir ki, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"u qəbul edən "qırmızı-qaralar" Coşqunun 14-cü dəqiqədə vurduğu qol sayəsində hazırda davam edən oyunda hesabda 1:0 öndədirlər.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib.