EN

"Real" rekord transfer edə bilər

"Real Madrid" heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az "Get French Football News"a istinadən xəbər verir ki, Madrid klubunun əsas namizədi "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba olub.

“Real”a keçid 23 yaşlı futbolçu üçün “ən əziz arzu”dur. "Arsenal" fransız futbolçunu 100 milyon funt-sterlinq (120 milyon avro) dəyərləndirir. Bu o deməkdir ki, Saliba futbol tarixinin ən bahalı müdafiəçisi ola bilər.

Əlavə edək ki, 2024/2025-ci il mövsümündə Uilyam Saliba 33 rəsmi oyun keçirib və bu oyunda iki qol vurub.

Chosen
7
90deqiqe.az

1Sources