Türkiyəli müğənni Murat Dalkılıç növbəti dəfə burnundan əməliyyat olunub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, burnunda sümük problemi olan müğənninin keçirdiyi 11-ci əməliyyatdır.
Murat Dalkılıç daha əvvəl burnundakı problemlə bağlı açıqlama vermişdi:
“Xəstəliyim var. Burnumun sümükləri çıxırdı. Həkim o sümükləri götürəndə qığırdaqlarımı da götürdü. Həyatımın ən çətin dövrləri bundan sonra başladı”.

