EN

Rusiyanın baş casusu və şəbəkəsi: BU ŞƏXSLƏR VƏTƏNƏ XƏYANƏT EDİB! - ŞƏRH

Azal-a məxsus təyyarəmizin Rusiya Hava Hücumundan Müdafdiə Sistemləri tərəfindən vurululmasından sonra, Rusiyanın Azərbaycana qarşı təbliğat, qarayaxma xəbərlərindən sonra 2 ölkə arasındakı münasibətlərdə soyuqluq yaranmağa başladı.

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də dayandırıldı. Bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurdu. Şəbəkənin rəhbərinin isə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirildi. Adiçəkilən şəxslər bunları yalanladı. Lakin daha sonra bir xəbər də yayıldı ki, bu şəbəkə zaman-zaman Ramiz Mehdiyevin bağ evində toplanır, həm müzakirələr aparır, həm də kef məclisləri qururmuş.

Maraqlıdır görəsən, bu şəxslər həqiqətənmi rus casusudur və bu siyahı hələ genişlənə bilərmi? Ümumiyyətlə 2 ölkə arasında nə baş verir, proseslər necə yekunlaşacaq? Suallarımızı politoloq Əziz Əlibəyliyə ünvanladıq. Turkustan.az-a açıqlamasında politoloq bildirdi ki, Azərbaycannan Rusiya arasında baş verənlər məncə 2024-cü ilin ümumi bir siyasi mənzərəsindən qaynaqlanan proseslərin davamıdır.

Biz ilk növbədə müqayisəli ticari dövriyyəyə baxmalıyıq. Azərbaycan, Ermənistan və Gürcüstan Rusiya ilə ticarə əlaqələrində hansı rəqəmləri göstəriblər? Baxanda görünür ki, Azərbaycandan iqtisadi potensialı qat-qat aşağı olan Ermənistan və Rusiya arasında 2024-cü ildə az qala 20 milyard dollar qədər ticarət dövriyyəsi qeydə alınıb. Onun yarısı qədər, bəlkə bir az yaxın Gürcüstanla da eyni olub. Yəni, məntiq üçün bəzi nəticələr çıxarda bilərik. Bu formada ki, Ukrayna müharibəsinə görə Rusiyaya təbii ki, sanksiyalar tətbiq olunub, amma bu sanksiyaları dələn ölkələr var. Rusiya bunun müqabilində qeyri-leqal yollara baş vurur və bu dünya düzənində, hüquqda, beynəlxalq münasibətlər kontekstində transmilli cinayət hesab olunur. Bu o deməkdir ki, Azərbaycan Rusiya ilə birlikdə birinci növbədə onun transmilli cinayətlərində iştirak etmədi, 2-ci növbədə Azərbaycan öz milli, siyasi baxışlarını inkişaf elətdirdi və Qafqazda söz sahibinə çevrildikdən sonra bunun ölçülərini, parametrlərini daha da böyütdü. Nəticə etibarı ilə artıq Rusiya ilə Azərbaycan arasında bax bu münasibətin baş verməsinin ilkin işartıları formalaşdı. Qaldı ki, casus deyilən bu şəxslərə, açığı istəməzdim biz sırf buna uyğunlaşaq və onların üzərindən münasibət bildirməyə keçək. Azərbaycanda kimin xüsusi xidmət orqanlarında daha ciddi və dəqiq məlumatları var, kimin casus olub- olmamasına yönəlik. Bütün hallarda başqa ölkə qarşısında öhdəlik götürmək, məsuliyyət daşımaq, öz dövlət sirrlərini satmaq, birmənalı şəkildə vətənə xəyanətdir!

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
turkustan.az

1Sources