EN

Ermənistandan bütün müsəlman aləminə hörmətsizlik VİDEO

Tarixdən silinməsi üçün müxtəlif addımlar atılan məhəllə... Ermənistanın illərdir tarixini saxtalaşdıra bilmədiyi Təpəbaşı məscidi...

Xezerxeber.az xəbər verir ki, qədim İrəvan şəhərinin tarixinin formalaşdığı yer kimi tanınan Təpəbaşı məhəlləsi hər keçən gün məhv edilir. Buna paralel olaraq bu gün Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilir. Qısası, tarixi saxtalaşdırmağa çalışanlar bu gün, Təpəbaşı məscidini kafe kimi işlədərək həm də müsəlman aləminə açıq aşkar hörmətsizlik nümayiş etdirirlər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu deyir ki, Ermənistan maddi-mədəni irsimizə hörmətlə yanaşmalı olduğu halda, Qərbi azərbaycanlılara məxsus tarixi Təpəbaşı məscidi spirtli içki istehlak edilən məkana çevrilib.

Maraqlıdır ki, missiyası qurub yaratmaq yox, söküb dağıtmaq olan Ermənistan bu gün, yenidənqurma adı ilə şəhərdə son azərbaycanlı izlərini də silməyə çalışır. Hikmət Babaoğlu deyir ki, Ermənistan bu məsələdə artıq Fransa ilə layihə də hazırlayıb.

Hikmət Babaoğlu bildirib ki, Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir. 600-ə yaxın qəbiristanlıq isə yerlə yeksan edilib. O da qeyd olunub ki, Ermənistanda Azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, ilə bağlı, elcə də Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadəsinə dair hüquqların təmin edilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən UNESCO və BMT-yə müvafiq müraciətlər də ünvanlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
10
xezerxeber.az

1Sources