Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində bürünc medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasından Manset.az-a verilən məlumata görə, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib. O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Qeyd edək ki, daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.