Bakı. Trend:
Bu gün Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaztəchizatında fasilə olacaq.
Trend xəbər verir ki, bubarədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhər ərazisində Peşə liseyi məktəbinin qazxəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor,Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin,ümumilikdə 1200 abonentin qaz təchizatının bu gün saat 10:00-danişlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.