Alimlər son onilliklər ərzində toplanmış məlumatların təhlilinin nəticələrini dərc ediblər. Tədqiqatçılar bildirirlər ki, əvvəllər əks vəziyyət müşahidə olunub: Yer kürəsi daha sürətli fırlanırdı ki, bu da günün uzunluğunu qısaldırdı.
Deyilənlərə görə, ən nəzərəçarpacaq sürətlənmə 2022-ci ilin iyununda, günlərin son 50 ildə ən qısa olduğu zaman müşahidə olunub.
Bu dalğalanmaların səbəbləri hələ tam başa düşülməyib. Alimlər ehtimal edirlər ki, mümkün amillərə iqlim dəyişikliyi, qlobal istiləşmə, intensiv atmosfer hadisələri və buzlaqların əriməsi ilə bağlı Yer kütləsinin yenidən paylanması daxildir.
Bütün bu proseslər planetin fırlanmasına təsir göstərə bilər, baxmayaraq ki, dəqiq mexanizmlər hələ müəyyən edilməmişdir.
Kiçik dəyişikliklərə baxmayaraq, insanlar gündəlik həyatda onları hiss etmirlər, çünki rəsmi olaraq bir günün uzunluğu 24 saatdır.
Lakin reallıqda bu rəqəm tamamilə sabit deyil: Yerin öz oxu ətrafında tam fırlanmasının dəqiq vaxtı 86 400 saniyədir, lakin o, həmişə qəbul edilmiş vaxt standartlarına uyğun gəlmir.
Əli Babayev