EN

Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər

Fransanın böyükmiqyaslı münaqişədə iştirak etmək üçün kifayət qədər qırıcı təyyarə və raket ehtiyatı yoxdur.

TASS-a istinadən xəbər veriliir ki, bu barədə Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) hesabatında qeyd olunub.

Müəlliflər hesab edirlər ki, Rusiya və Çinin Hava Qüvvələrinin, Hava Hücumundan Müdafiə sistemlərinin və hücum vasitələrinin təkmilləşdirilməsi Qərb ölkələrinin hava üstünlüyü əldə etmək qabiliyyətini şübhə altına alır.

Sənəddə üç əsas fəaliyyət ssenarisi nəzərdən keçirilir: rəqib təyyarələrini uzaq məsafədən yer üzündən məhv etmək qabiliyyəti, yerüstü aviasiya sistemlərini zərərsizləşdirmək və hava döyüşü aparmaq. Bildirilir ki, üçüncü ssenari zamanı Fransa HHQ potensial problemlərlə üzləşə bilər.

Qeyd olunur ki, Fransa HHQ və Hərbi Dəniz Qüvvələrinin silahlanmasında 240 müxtəlif model qırıcı təyyarə var (ən azı 1916-cı ildən bəri), lakin bu, tammiqyaslı münaqişə üçün kifayət deyil.

Mütəxəssislər qeyd edirlər ki, Fransada yalnız 40 təyyarə var ki, onlar ölkədən kənarda şərti koalisiyanın tərkibində təyin olunan tapşırıqları yerinə yetirə bilər. Bundan əlavə, hesabatda qeyd olunur ki, Fransanın "hava-hava" sinifli raket ehtiyatı yalnız üç günlük intensiv münaqişə üçün kifayətdir.

IFRI Fransa Silahlı Qüvvələrinin komandanlığına orta və uzunmüddətli perspektivdə döyüş aviasiyasının modernləşdirilməsi ilə məşğul olmağı tövsiyə edir. Mütəxəssislər silah ehtiyatlarının artırılmasını, yüksəktexnologiyalı silah və avadanlıq nümunələrindən istifadə edərək aviasiyanın effektivliyinin təmin edilməsini məsləhət görürlər.

Mənbə: oxu.az

Chosen
20
oxu.az

1Sources