EN

"Real" "Mançester Siti"yə qalib gəldi, "Yuventus", "Borussiya" və PSJ-dən qələbə

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib.

Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olub. Erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Görüşdən Madrid təmsilçisi qalib ayrılıb.

PSJ səfərdə "Brest" üzərində qələbə qazanıb. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib.

Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

11 fevral

00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3

Qollar: Haaland, 19, 80-pen. - Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2

00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1

Qollar: Makkenni, 34,Mbanqula, 82 - Perişiç, 56

00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3

Qollar: Jurassi, 60, Qrob, 68, Adeyemi, 82

21:45. “Brest” (Fransa) – PSJ (Fransa) - 0:3

Qollar: Vitinya, 21-pen; Dembele, 45, 68

12 fevral

21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)

00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)

Chosen
32
5
teleqraf.com

10Sources