EN

“Real danışım, "Qarabağ" bizdən güclüdür” - VİDEO

"Deməzdim ki, start heyətdə 7 yerli oyunçunun olmasının bu qələbədə böyük rolu var.

İstər legioner, istər yerliyə bu ruhu vermək lazımdır.

Onlar da bunu meydanda qoymalıdırlar. İşlədiyim klublarda legionerlər deyərdim ki, yerlilərdən geri qalmır. Əsas ab-havanı düzəltməkdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turunda bu gün "Zirə" ilə keçirilən oyun barədə deyib.

"Neftçi" bu gün səfərdə son diqiqə qolları ilə 2:1 hesabı ilə qalib gəlib. S.Abasov dramatik sonluqla bitən matçı belə şərh edib: "Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda istəyi göstərisə... Bu, bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur".

"Neftçi" “Kəpəz”lə kubok matçı ilə birlikdə ardıcıl 3 oyundur ki, qalib gəlir. S.Abasov buna zarafatla reaksiya verib: "Dominant futbol oynayacağımı martın 22-ni demişdim, ancaq hansı ili deməmişdim. Gözləyək (gülür)".

S.Abasov "Qarabağ"la matçda həmin "Neftçi"ni, fərqli Azərbaycan derbisi görə bilərik?" sualını da cavablandırıb: "Bu oyundan sonra ümidlər elədir. Real danışım, "Qarabağ" bizdən güclüdür. Amma öz meydanımızda oynayacağıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə qazanmaq istəyirik. Hələ ki, bugünkü qalibiyyətdən danışaq. Dərhal "Qarabağ"la matça köklənməyək. Məşqlərə başlayandan sonra bu haqda düşünəcəyik".

Chosen
2
2
sportinfo.az

3Sources