EN

Kiyevdə ŞÜBHƏLƏR YARANDI - Tramp Zelenski ilə bağlı PLAN CIZIR

Kiyevdə ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdırmağa çalışması ilə bağlı şübhələr yaranıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.

"Reuters" məlumatlı mənbələrə istinadla fevralın 1-də bildirib ki, Trampın komandası Rusiya ilə atəşkəs kontekstində Ukrayna hakimiyyətini prezident seçkiləri keçirməyə həvəsləndirmək imkanlarını müzakirə edir. Bu seçkilərin qalibi Moskva ilə uzunmüddətli müqavilə danışıqları aparmaq vəzifəsini öz üzərinə götürə bilər.

“ABŞ-ın yeni administrasiyasının mesajları Kiyevdə çaşqınlıq yaradır, xüsusən də Tramp komandasının bu il seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı son eyhamları”, - nəşr yazır.

Zelenskinin komandasına yaxın mənbə qeyd edib ki, seçkilərlə bağlı müzakirələr Vaşinqtonun Ukrayna Prezidentini vəzifəsindən uzaqlaşdırmaq niyyətini göstərə bilər. Onun fikrincə, Ağ Ev Zelenskini sülh danışıqları aparmaq üçün əlverişsiz hesab edir.

Fevralın 10-da CNN yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnı münaqişənin həllində Donald Tramp üçün Volodimir Zelenskidən daha əlverişli fiqur ola bilər.(Publika.az)

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources