Bakı, 12 fevral, AZƏRTAC
Böyük Britaniyanın şimalındakı Vuler qraflığındakı uşaq əyləncə mərkəzinin tikinti sahəsindən İkinci dünya müharibəsi dövrünə aid bombalar aşlar edilib.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, şəhər dini şurası qrant əldə etdikdən sonra uşaq əyləncə mərkəzinin ərazisini genişləndirmək fikrinə düşür. İş başlayandan bir neçə gün sonra, yanvarın 14-də fəhlələr ərazidən bomba tapırlar. Ertəsi gün daha bir bomba tapıldıqdan sonra polis hadisəyə müdaxilə edib və minatəmizləmə işləri başlayıb. Son məlumata görə, ərazidən çıxarılan bomba sayı 176-ya çatıb. Təmizləmə əməliyyatları hələ azı 2 həftə davam edəcək.
Hər biri 5 kiloqram olan bombalar partlayış təhlükəlidir.