EN

Hesabat: Genişmiqyaslı münaqişə vəziyyətində Fransanın kifayət qədər qırıcıları yoxdur

Fransanın mümkün genişmiqyaslı münaqişədə iştirak etmək üçün kifayət qədər döyüş təyyarəsi və raketləri yoxdur.

“Report”un xəbərinə görə, bu barədə Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) hesabatında deyilir.

Qeyd olunub ki, ölkənin güc modeli materik Fransanın qorunması və hava hücumundan müdafiəsi üzərində qurulub. Müəlliflər hesab edirlər ki, Rusiya və Çinin hava qüvvələrinin, hava hücumundan müdafiə və hücum imkanlarının təkmilləşdirilməsi Qərb ölkələrinin hava üstünlüyünə nail olmaq imkanlarını şübhə altına alır.

Sənəddə üç əsas fəaliyyət ssenarisi nəzərdən keçirilir: düşmən təyyarələrini yerdən uzaq məsafədən məhv etmək imkanı, yerüstü aviasiya sistemlərinin məhv edilməsi və hava döyüşü. Üçüncü ssenaridə Fransa Aerokosmik Qüvvələri potensial olaraq problemlərlə üzləşə bilər.

Ölkənin Aerokosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələri 240 müxtəlif modelli qırıcı ilə silahlanıb ki, bu da genişmiqyaslı münaqişə üçün kifayət etmir.

Mütəxəssislər qeyd ediblər ki, Fransanın ölkə hüdudlarından kənarda hipotetik koalisiyanın tərkibində verilən tapşırıqları yerinə yetirə bilən cəmi 40 təyyarəsi var. Bundan əlavə, 100 səhifəlik hesabatda vurğulanıb ki, Fransanın hava-hava raket ehtiyatları yalnız üç günlük gərgin münaqişə üçün kifayətdir.

Chosen
12
1
far.az

10Sources