EN

Rusiyada pensiyaçı öz əli ilə fırıldıqçılara 421 milyon rubl verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Samara şəhərində telefon fırıldaqçılığı ilə bağlı ən səs-küylü hadisələrdən biri baş verib. Belə ki, qadın pensiyaçının 421 milyon rublu oğurlanıb.
Oxu.Az "Komsomolskaya pravda" qəzetinə istinadla xəbər verir ki, dələduzlar telefon fırıldaqçılığının geniş yayılmış sxemindən istifadə ediblər.
Özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən naməlum şəxslər Samara sakininə zəng ediblər. Pensiyaçıya deyiblər ki, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün onun bank hesabından guya qanunsuz olaraq pul köçürməyə cəhd göstərirlər.
Qadını inandırıblar ki, əmanətlərini çıxararaq "təhlükəsiz hesab"a daxil etmək üçün pulları kuryerlərə verməlidir. Təqaüdçü bütün tapşırıqlara əməl etməyə razı olub və bir neçə gün ərzində bankların birindən pullarını çıxarıb. Qadın əmanətləri onun yanına gələn naməlum şəxslərə verib. Dələduzlar qadından ümumilikdə 421 milyon rubldan çox vəsait götürüblər.
Fakt üzrə aparılmış təhqiqat çərçivəsində 22 yaşlı Saratov sakini saxlanılıb. Məlum olub ki, o, Samarada şəriklərini yerləşdirmək və oğurlanmış pulları müvəqqəti saxlamaq üçün ev kirayə tutub. 40 yaşlı daha bir şübhəli Moskva vilayətində saxlanılıb. Üçüncü və dördüncü fırıldaqçılar Saratovdan olub. Onlardan biri istintaqdan gizlənməyə davam edir və axtarışa verilib.
Barələrində həbs qətiimkan tədbiri seçilib. Polis cinayətin bütün epizodlarını, əlbir olanları və təşkilatçıları müəyyənləşdirir.
Chosen
22
50
oxu.az

10Sources