EN

Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oturaq həyat tərzi keçirən bir çox insan bel nahiyəsinə düşən yükü azaltmaq ümidi ilə ortopedik kresloya keçməyi düşünür. Lakin belə bir dəyişiklik xeyirdən çox zərər verə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı nevroloq Aleksandr Babuşkin "News.ru"ya müsahibəsində danışıb.
"Əgər siz stulda düz qamətlə oturmağa öyrəşmisinizsə, sonra onu ortopedik kresloya dəyişmək qərarına gəlsəniz, bu zaman qaçılmaz olaraq digər əzələ qruplarında gərginlik yaratmış olacaqsınız və bu da çapıq toxumasının artmasına gətirib çıxaracaq", - deyə həkim bildirib.
Nevropatoloq vurğulayıb ki, uzun müddət oturduqda kürəyə istirahət vermək vacibdir, lakin bunu uzanmaq mövqeyinə keçməklə etmək doğru deyil.
"Kürəyiniz üçün düzgün istirahət - hərəkətdədir", - deyə Aleksandr Babuşkin qeyd edib.
Chosen
20
50
oxu.az

10Sources