EN

İtaliyada mafiyaya qarşı əməliyyat keçirildi

İtaliyada hüquq-mühafizə orqanlarının əməkdaşları Siciliya mafiyasına qarşı əməliyyat çərçivəsində 130-a yaxın adamı saxlayıb.

Azreform.info ” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar çoxsaylı cinayətlərdə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam öldürməyə cəhddə, hədə-qorxu ilə pul tələb etməkdə və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinirlər.

İtaliyanın baş naziri Corca Meloni “X” sosial şəbəkəsindəki paylaşımında bu əməliyyatın Siciliya mafiya klanı “Koza Nostra”ya güclü zərbə olduğunu vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Chosen
1
13
azreform.info

10Sources