“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Şuşa şəhərində mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmiri işləri çərçivəsində (əlavə işlər) xarici işıqlanma, abadlaşdırma və dizel generatorun alınması, quraşdırılması ilə əlaqədar xərcləyəcəyi vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, bu məbləğ 361 734 AZN-dir.
Qurum “Şəmkir Tikinti-18” ASC ilə müqavilə bağlamağı planlaşdırır.
Cabir Həsənov
Tarix: 12 Fevral 2025, 08:25