EN

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

Malayziyanın baş naziri Ənvər İbrahim ölkəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Metbuat.az xəbər verir ki, Ənvər İbrahim bununla bağlı sosial media hesabında paylaşım edib. Ənvər İnstaqram hesabındakı paylaşımında Prezident Ərdoğanın ölkəsinə səfəri çərçivəsində keçirilən Malayziya-Türkiyə İş Forumunda iştirak etdiyini bildirib. Forumdakı çıxışında Enver iki ölkə arasında ticarət əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, Ərdoğan və Türkiyə nümayəndə heyətinin iştirakından məmnunluğunu ifadə edib və buradakı əlaqələrin gələcək əməkdaşlığa töhfə verəcəyini bildirib.

Chosen
32
7
metbuat.az

10Sources