EN

Tramp Putinə təşəkkür etdi

Amerika prezidenti və Respublikaçılar partiyasının liderləri Ağ Evdə Mark Vogellə görüşüblər. ABŞ-a qayıdan Mark Vogel Trampla görüşə əlində bir banka pivə ilə gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Vogel onun azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib. ABŞ prezidenti Donald Tramp Rusiyada mühakimə olunan amerikalı Vogelin azadlığa buraxılmasına görə Putinə çox minnətdar olduğunu bildirib və razılaşmanı “çox ədalətli və əsaslı” adlandırıb. Tramp həmçinin daha bir amerikalının azad ediləcəyini bildirib.

Xatırladaq ki, ABŞ səfirliyinin sabiq əməkdaşı Mark Vogel 2022-ci ildə qanunsuz maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində Moskvada həbs edilib.

Chosen
15
ucnoqta.az

1Sources