EN

Neftimizin qiyməti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti nisbətən ucuzlaşıb.

Valyuta.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,50 ABŞ dolları və ya 0,65% azalaraq 78,98 ABŞ dollarına enib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
17
18
valyuta.az

10Sources