Ötən gecə Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Modern.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib.
Nəticələr aşağıdakı kimi olub:
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3
“Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
“Brest” (Fransa) – PSJ (Fransa) - 0:3
Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.
Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.