EN

Azərbaycan neftinin qiyməti 79 dollara çatıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,42 % artaraq 78,98 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 77,03 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,35 % artaraq 77,54 ABŞ dolları təşkil edib.

Chosen
8
6
aznews.az

10Sources