EN

Süni intellekt yalan məlumatlar verir – ARAŞDIRMA

BBC-nin araşdırması süni intellekt çatbotlarının xəbərləri təhrif etdiyini və yanlış məlumat verdiyini göstərib.

WhatsApp-da süni intellektlə yeni dövr: Chatbot xüsusiyyəti

FED.az xəbər verir ki, ChatGPT, Copilot, Gemini və Perplexity kimi AI alətlərinin cavablarının yarıdan çoxunda “ciddi problemlər” aşkarlanıb. Səhvlər arasında Rishi Sunak-ın hələ də Böyük Britaniyanın baş naziri olduğunu və Nicola Sturgeon-un Şotlandiyanın birinci naziri kimi qaldığını bildirmək kimi fakt xətaları yer alıb.

BBC-nin xəbər mənbələrinə əsaslanaraq 100 sual verilən bu çatbotlar bəzi hallarda tarixi məlumatları aktual hadisə kimi təqdim edib, sitatları dəyişdirib və ya olmayan sitatlar uydurub. Bundan əlavə, BBC mənbələrinə istinad edilən cavabların 19%-ində faktiki səhvlər – yanlış məlumatlar, rəqəmlər və tarixlər mövcuddur. Daha narahatedici məqam isə budur ki, BBC məqalələrindən gətirilən sitatların 13%-i ya dəyişdirilib, ya da ümumiyyətlə həmin məqalədə mövcud olmayıb.

BBC-nin baş icraçı direktoru Deborah Turness bu texnologiyanın “ictimaiyyətin faktlara inamını sarsıtdığını” deyərək, AI şirkətlərini daha dəqiq cavablar təqdim etmək üçün media ilə əməkdaşlığa çağırıb.

Chosen
13
fed.az

1Sources