ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyada həbsdə olan amerikalı Mark Fogelin qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
OXU24.COM xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Rusiyada saxlanılan Vogel mübadilə çərçivəsində Vitkoff ilə birlikdə Rusiya hava məkanını tərk edir.
Onun kiminlə dəyişdirilə biləcəyi açıqlanmır.
Ağ Ev həmçinin Fogelin qayıdışını Rusiyanın “xoşməramlı” əlaməti və Ukraynadakı münaqişəyə son qoyulması yolunda “yaxşı işarə” adlandırıb.