Bakı. Trend:
Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıqvə son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsizyanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqliolaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi.
Trend xəbər verir ki, bufikri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsindəsəsləndirib.
Prezident İlham Əliyev Trampla birgə işləməklə bağlı əvvəlkitəcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısıqeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərindəitirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq vəbiz yenidən başlayacağıq”.