EN

"Qalatasaray" 18 yaşlı futbolçu transfer etdi

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi "Ankaragücü"ndən Arda Ünyayı transfer edib. 18 yaşlı müdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

"Qalatasaray" Arda üçün "Ankaragücü"nə 500 min avro ödəyib. Həmçinin razılaşmaya əsasən, Ünyay daha sonra başqa bir kluba keçərsə, transfer məbləğinin 10 faizi "Ankaragücü"nə çatacaq.

Qeyd edək ki, A.Ünyay cari mövsüm "Ankaragücü"nün heyətində ümumilikdə 4 oyuna çıxıb. 

Chosen
19
2
ikisahil.az

3Sources