EN

ABŞ, Böyük Britaniya və Avstraliya Rusiyanın kiberşirkətinə qarşı sanksiyalar tətbiq edib

Turan-ın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Birləşmiş Ştatlar, Böyük Britaniya və Avstraliya Qərb ölkələrinə kiberhücumlarla əlaqədar Rusiyanın Zservers kiberşirkətinə qarşı sanksiyalar tətbiq edib, xəbəri çərşənbə axşamı Tramp administrasiyası yayıb. 

"Rusiya kibercinayətkarları dəstəkləməkdə davam edir, onlar bu ölkədə ABŞ-a, onların müttəfiqlərinə və tərəfdaşlarına qarşı zərərli proqram hücumlarını rahat şəkildə həyata keçirə bilirlər", deyə Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus bildirib.

"İqtisadiyyatımız və kritik infrastrukturumuz üçün təhdid təşkil edən bu cür subyektlərin fəaliyyətinə mane olmaq üçün tərəfdaşlarımızı dəstəkləməkdə davam edəcəyik", deyə o əlavə edib.

Xüsusən, bu, Zservers hostinq tədarükçüsü və LockBit kibercinayət qruplaşmasıdır. Onlar zərərli proqramlardan istifadə ilə kütləvi kiberhücmlarda iştirak edirlər.

Sanksiyalar LockBit virusundan istifadə ilə hücumların təşkilində rollarına görə Zserversin operatoru vəzifəsində işləyən iki Rusiya vətəndaşına (Aleksandr Mişin və Aleksandr Bolşakov) qarşı yönəlib.

Zservers-lə biznes həyata keçirən maliyyə müəssisələri və ya şəxslər sanksiyalara məruz qala bilərlər.

Böyük Britaniya Mişin və Bolşakovla yanaşı, Zserversin daha dörd əməkdaşının adını açıqlayıb.

"Putin tamah və amansızlıqla idarə olunan korrupsiyaya uğramış mafiya dövləti yaradıb", deyə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ayrıca bəyanatda bildirib.

"Təəccüblü deyil ki, ən prinsipsiz soyğunçular və kibercinayətkarlar onun ərazisində fəaliyyət göstərir. Hökumətimiz Kremli və onun kibercinayətkarlarını cilovlamaq üçün tərəfdaşları ilə işləməyə davam edəcək", deyə o qeyd edib.

Chosen
3
turan.az

1Sources