EN

Agentlik rəhbəri: Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var

Bakı, 12 fevral, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apardığı monitorinqlər göstərir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli və müasir standartlara uyğun təşkili üçün müəyyən islahatlara ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda keçirilmiş konfransında Agentliyin direktoru Eşqi Bağırov səsləndirib. O, məktəbdənkənar təhsil sahəsində hüquqi və normativ bazanın yenilənməsi, mövcud sənədlərin müasir tələblərə uyğunlaşdırılması və yeni normativ sənədlərin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.

Chosen
3
3
azertag.az

5Sources