EN

Trampla görüşən kral: Ona dedim ki...

İordaniyanın Qəzzada və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin köçürülməsinə qarşı qəti mövqeyimi bir daha bildirdim. Bu, vahid ərəb mövqeyidir.

Axar.az xəbər verir ki, bu sözləri İordaniya kralı II Abdullah Donald Trampla Vaşinqtonda görüşü haqda danışarkən deyib.

II Abdullah əsas öhdəliyinin İordaniya, onun sabitliyi və iordaniyalıların rifahı olduğunu vurğulayıb:

“ABŞ-ın, region xalqlarının, xüsusilə İordaniya xalqının ən yaxşı mənafelərini nəzərə almalıyıq. Fələstinliləri köçürmədən Qəzzanın yenidən qurulması və ağır humanitar vəziyyətin həlli hər kəs üçün prioritet olmalıdır”.

Qeyd edək ki, Tramp II Abdullahla görüşdən sonra ABŞ-ın Qəzzanı əldə etmək və qəzzalıları geri dönməmək şərtilə köçürmək istədiyini bildirmişdi.
Chosen
3
2
sherg.az

3Sources