Bədii gimnastika üzrə Rusiya milli komandasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi İrina Viner postunu tərk edib.
Bunu mütəxəssisin özü açıqlayıb. O, bildirib ki, topladığı təcrübəni yeni məşqçilərə ötürmək niyyətindədir.
"Bədii gimnastika mənim həyatımdır. Xoşbəxtəm ki, bu gözəl idman növünün inkişafına öz töhfəmi verə bildim. Buna baxmayaraq, bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verirəm".
Qeyd edək ki, 76 yaşlı mütəxəssis 2001-ci ildən yığmanı çalışdırırdı.
Dünya kubokunda iştirak edəcək gimnastlarımız bəlli olub
Avropa Gimnastikasının rəsmisi Bakıda seminar keçib
Bakıda keçiriləcək Dünya Kubokunda 38 ölkə iştirak edəcək
AGF idmançıların reytinq siyahısını açıqlayıb
Bakıda gimnastika üzrə beynəlxalq seminar keçirilir