EN

Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər edib.

Rəcəb Tayyib Ərdoğan Boqor Prezident İqamətgahında İndoneziya Prezidenti Prabovo Subianto tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Liderlər arasında keçirilən təkbətək görüşdən sonra Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası baş tutub. Danışıqların sonunda müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanması gözlənilir.

Liderlər təşkil ediləcək birgə mətbuat konfransında da çıxış edəcəklər.

Prezident Ərdoğanın İndoneziyaya səfəri çərçivəsində paytaxt Cakartada Biznes Forumu da keçiriləcək.



Chosen
1
trt.net.tr

1Sources