EN

“Sənətkarlığında başına dəysin!” - Nadir Qafarzadə

“Keçən il bir məsələ ilə bağlı (Əməkdar artist Teymur Əmrahın “Gün ortası verilişində Şəbnəm Tovuzlu, Manaf Ağayev, Damla, Zeynəb Həsəni barəsində xoş sözlər deməsini nəzərdə tutur  - red.) fikirlərimi bildirib tənqid etmişdim. Orada bir insanın belə sənəti, musiqi fəaliyyəti, səslərinin temberi haqqında bir söz deməmişdim. Mən başqa şeydən danışırdım. İnsanlar fikirlərimi düzünə yox əyri şəkildə qəbul etdirlər. Bir daha deyirəm ki, orada mən heç kimin sənətinə xələl gətirəcək bir söz deməmişəm”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Nadir Qafarzadə “Tarixin bir günü” verilişində deyib.

Müğənni Əməkdar artist Teymur Əmrahla bağlı instaqramn səhifəsində yayımladığı videoya bu fikirləri ilə aydınlıq gətirib:

“Mən onların “mövqe”yindən danışmışam. İstər kişi, istərsə də qadın – sözün bir olmalıdır. Burada nə demisənsə gedib başqa yerdə də həmin sözü olduğu kimi deməlisən. Burada başqa digər yerdə başqa söz deyirsənsə, deməli, sən mövqesizsən. Sənin sənətkarlığında başına dəysin”.


Telegram kanalımız
Chosen
52
4
yenisabah.az

5Sources