Dövlət Sərhəd Xidməti 5 ədəd açıq tender elan edib.
Dövlət Xidməti yüzlərlə təkərlər alır - TƏQRİBİ QİYMƏT
FED.az xəbər verir ki, sözügedən elanlar avtoşinlərin satın alınması ilə əlaqəlidir.
Tenderlər üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı və zərflərin açılış tarixi və vaxtı 06.03.2025-ci il saat 09:30 müəyyən edilib.
Dövlət qurumunun ümumilikdə 4 648 ədəd avtoşin üçün 2,249,259.54 AZN ödəyəcəyi ehtimal olunur.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə:
№ | Satınalma predmeti | Neçə ədəd avtoşin alınacaq | Ehtimal olunan qiymət |
1 | Mühəndis texnikaları üçün avtoşinlər | 74 ədəd | 39.981,77 AZN |
2 | Zirehli texnikalar, kvodrasikllar və KAMAZ-43114 (43118) markalı avtomobillər üçün avtoşinlər | 584 ədəd | 547.543,55 AZN |
3 | Xüsusi və yük maşınları (6x6) üçün yüksək keçid qabiliyyətli avtoşinlər | 454 ədəd | 797.580,91 AZN |
4 | Yük avtomobilləri və avtobuslar üçün avtoşinlər | 944 ədəd | 417.422,92 AZN |
5 | Minik avtomobilləri üçün avtoşinlər | 2 592 ədəd | 446.730,39 AZN |