EN

Abdulkadir Uraloğlu Cenevrədə həmkarları ilə görüşüb

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsveçrənin Cenevrə şəhərində həmkarları ilə görüşüb.

Abdulkadir Uraloğlu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Daxili Nəqliyyat Komitəsinin 87-ci sessiyasına qatılmaq üçün Cenevrəyə səfər edib.

Beynəlxalq Yol Federasiyasının (IRF) prezidenti Dimitris Mandalozis ilə keçirdiyi görüşlə bağlı rəsmi ''X'' səhifəsində paylaşım edən Abdulkadir Uraloğlu deyib: "Beynəlxalq daşımaları dəyişdirəcək və inkişaf etdirəcək hərəkətverici qüvvələr haqqında fikir mübadiləsi apardıq. Beynəlxalq Yol Federasiyası ilə əməkdaşlığımızı davam etdirəcəyik."

A.Uraloğlu İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzaneh Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səmərəli görüş keçirdiklərini qeyd edib. O, Sadiq ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional əlaqələrin artırılması və davamlı infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etdiklərini bildirib.

“Ölkələrimiz arasında birgə layihələr hazırlayaraq ticarət və nəqliyyat dəhlizlərimizi daha da gücləndirmək əzmindəyik,” – deyə Abdulkadir Uraloğlu vurğulayıb.

İraqın nəqliyyat naziri Rəzzək Mheybis Acimi Əl-Sədavi ilə də görüşən A. Uraloğlu deyib: “İnkişaf Yolu Layihəsi başda olmaqla ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək məqsədimizi davam etdirəcəyik.”

A. Uraloğlu, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molcean ilə ikitərəfli danışıqlar apardıqlarını və davamlı nəqliyyat, regional əməkdaşlıq və logistika infrastrukturunun gücləndirilməsi məsələlərini müzakirə etdiklərini qeyd edib.

Abdulkadir Uraloğlu deyib: "Biz nəqliyyat dəhlizlərinin, xüsusilə İnkişaf Yolu Layihəsinin genişləndirilməsi istiqamətində birgə səylərimizi qiymətləndirdik. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik."



Chosen
25
1
trt.net.tr

2Sources