EN

Uşaq meydançasının altında İkinci Dünya müharibəsinə aid bombalar tapılıb

İngiltərənin şimalında uşaq meydançasının altında İkinci Dünya Müharibəsinə aid 170-dən çox bomba tapılıb. Rəsmilər bildirib ki, yenə bombalar tapıla bilər.

Herbiand.az bildirir ki, bu barədə BBC News xəbər verib.

Hələ də partlayıcı maddələrin olduğu bombalar yanvar ayında Nortumberlend qraflığının Vuler şəhərindəki uşaq meydançasında tapılıb. İndiyədək ümumilikdə, 176 bomba tapılıb və ekspertlər daha çoxunun tapılacağından ehtiyat edirlər. Şübhəli əşyalar uşaq meydançası təmir olunan zaman çuxur qazılanda aşkar edilib.

Yerli şuranın üzvü Mark Mazer BBC-yə deyib ki, “Uşaqların bomba üzərində oynadığını düşünmək xoş deyil və bu, həqiqətən də çətin vəziyyət idi”.

Ehtimal olunur ki, uşaq meydançasının ilkin olaraq tikildiyi ərazi Daxili Mühafizəçilərin təlim meydançası kimi istifadə edilib və bombalar müharibənin sonunda basdırılıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
35
herbiand.az

1Sources