EN

Kral II Abdullah Trampla görüşdə "üzünü turşutdu": "Siz sülh adamısınız, uca məqsədləriniz üçün birlikdə çalışacağıq"

İordaniya kralı II Abdullah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə İordaniya kralı II Abdullahın üz cizgilərini "turşutması", gərginliyi ilə yanaşı, sərf etdiyi ifadələr böyük maraq doğurub.

Məlumata görə, o, son həıftələr tez-tez "Qəzza mənim olacaq, oradakı fələstinlilər ya Misirə, ya da İordaniyaya köçürüləcək. Əgər bu iki ölkə sözümdən çıxarsa, yardımların da kəsəcəm", - dediyi Trampa tərfilər yağıdırıb: "Biz əlbəttə, bölgədə iki dövlətli həll yolunu istəyirik. Hesab edirik ki, bu modelə əsaslanan ədalətli sülhə nail olmaq regional sabitliyi təmin etməyin yeganə yoludur. Bunun üçün ABŞ rəhbərliyi mütləqdir. Hörmətli prezident, siz sülh adamısınız. Sizin liderliyiniz altında hər kəs bölgədə əhatəli sülh üçün çalışacaq. Sizi əmin edirəm ki, biz uca məqsədləriniz üçün birlikdə çalışacağıq. Əminəm ki, Yaxın Şərqə sülh və sabitlik gətirəcəksiniz".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
30
mia.az

1Sources