EN

Azərbaycan və BƏƏ arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Bakı. Trend:

11 fevral 2025-ci il tarixində Əbu-Dabi şəhərində AzərbaycanRespublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlərNazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclasıkeçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlərnazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlərnazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybərəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji,humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafperspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfliformatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslamƏməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlıəməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı(COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksəkqiymətləndirilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülhprosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa vəquruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi vəvətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumatverilib.

Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat vəMəşvərət Mərkəzində olub. Mərkəzin araşdırmalar bölməsinin rəhbəriMohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflıməlumat verib. Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqatmərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdənkeçirilib.

Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları iləgörüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalqmüstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏəməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.

Məqalədə:
Chosen
17
21
az.trend.az

10Sources