Uğurlu aktyorluğu ilə yanaşı, şəxsi həyatı ilə də diqqət çəkən Neslihan Atagül "Fatih Harbiye" serialının çəkiliş meydançasında tanış olduğu və ailə qurduğu həyat yoldaşı Kadir Doğulu ilə xoşbəxt evliliyini davam etdirir.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, ilk körpəsini qucağına almaq üçün günləri sayan məşhur aktrisa Neslihan Atagülün böyük qardaşı ilə sanki əkizmiş kimi oxşaması görənləri təəccübləndirib.
Neslihan Atagül və böyük qardaşı İlkay Atagülün əkiz kimi görünməsi aktrisanın pərəstişkarları tərəfindən böyük diqqət çəkib.
Xaricdə yaşayan İlkay Atagülün bir qızı var.