EN

Saatlıda 66 yaşlı kişi itkin düşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Saatlı sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
M.Seyidovun əlamətləri belədir: boyu 162 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir.
Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidmətinin Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
Chosen
55
22
oxu.az

10Sources