EN

Yunanıstanın yeni prezidenti seçildi

Yunanıstan parlamenti qanunverici orqanın keçmiş sədri Konstantinos Tasoulası ölkənin prezidenti seçib.

Olaylar.az xəbər verir ki, 65 yaşlı Tasoulas parlamentdə keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən dövlət başçısı seçilib.

Onun namizədliyini ölkənin Baş naziri Kiriakos Mitsotakis irəli sürmüşdü. 

Qeyd edək ki, yanvarın 25 və 31-i, eləcə də fevralın 6-da baş tutan ilk üç tur uğursuz nəticələnib.

O bu vəzifədə Katerina Sakellaropoulounu əvəz edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
48
12
olaylar.az

10Sources