EN

"Adana Dəmirspor"un istefa verən prezidenti ilə bağlı yeni qərar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" - "Adana Dəmirspor" matçında baş verən hadisələrdən sonra istefasını bəyan edən Bedirhan Durak yenidən postuna qayıdıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Adana Dəmirspor" klubunun rəhbər heyəti Bedirhan Durakın prezidentlikdən istefa qərarını qəbul etməyib.
Komandanın sahibi Murat Sancak da Bedirhan Durakın klubdan ayrılmasına icazə vermədiyini və yola onunla davam etmək istədiklərini bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Adana Dəmirspor" matçı 30-cu dəqiqədə qonaq komandanın meydanı tərk etməsi səbəbindən təxirə salınıb.
Chosen
13
oxu.az

1Sources