Azərbaycan Prezidenti İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ABŞ-Azərbaycan münasibətlərinin son illərdə keçdiyi yolu və gələcək perspektivlərini əks etdirir.
Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Tramp administrasiyası dövründə iki ölkə arasında münasibətlər uğurla inkişaf edirdi, lakin Bayden administrasiyası ilə bu əlaqələr zəifləyib və müəyyən dərəcədə korlanıb. Azərbaycan rəhbərliyi Trampın mümkün qayıdışını nikbinliklə qarşılayır və bu dəyişiklik nəticəsində Vaşinqton-Bakı münasibətlərinin yenidən inkişaf edəcəyinə ümid bəsləyir.
İlham Əliyevin sözlərinə görə, bu dörd il Azərbaycanın gözündə "itirilmiş illər" kimi qiymətləndirilir və yeni dövrdə əlaqələrin əvvəlki müsbət məcraya qayıdacağı gözlənilir.
Prezident İ.Əliyev eyni zamanda, Avropa liderləri arasındakı qeyri-müəyyənliyə və narahatlığa da diqqət çəkir. Onun fikrincə, bəzi Qərb liderləri Trampın prezidentliyi dövründə ona qarşı ədalətsiz münasibət sərgilədiklərinə görə indi siyasi təlatüm içindədirlər.
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti Davosda Çin mediyasına verdiyi müsahibədə ABŞ və Avropa münasibətlərini tamamilə ədalətli və obyektiv qiymətləndirib:
"Nəticə etibarilə, Baydenin müharibə arzusu demək olar ki, istisnasız olaraq bütün Avropa liderləri tərəfindən alqışla qarşılandı və 3 ildən sonra aydın oldu ki, Bayden adminstrasiyası daha çox Avropanın maraqlarına ziyan vurub, Avropada əməkdaşlığa kölgə salıb və əməkdaşlıq imkanlarını məhdudlaşdırıb. Eyni zamanda, bərabərhüquqlu davranış və beynəlxalq hüquq prinsiplərini iflasa uğradıb.
Avropa İttifaqı üç ilik müharibə dövründə heç bir hüquqi əsası olmayan kollektiv qərarlar qəbul edib və müharibə tərəfləri olub. Avropanın hazırda gəldiyi mərhələdə müharibədən çıxış yolları axtarılır, lakin onu da tapa bilmirlər.
Bayden administrasiyasının “qoca qitə”ni ABŞ siyasətinin kölgəsinə çevirməsi bu gün avropalılar tərəfindən də qəbul edilmir və beynəlxalq münasibətlər sisteminə də heç bir töhfə vermir. Tam əksinə, dağıdıcı funksiya yerinə yetirir. Ona görə də Avropa liderləri narahatdırlar. Tramp müharibə istəmir.
Avropa liderləri isə israrla müharibə istəyirlər. Bu zaman kimin haqlı olduğu ortadadır. Əlbəttə ki, həmişə sülhpərvər, əməkdaşılığı təşviq edən lider haqlıdır. Avropa narahatdır ki, onların müharibə ritorikası Trampın sülh ritorikası üst-üstə düşmür".
Trampın Cənubi Qafqaz siyasətinə toxunan millət vəkili qeyd edib ki, bununla bağlı artıq pozitiv və beynəlxalq hüquqa uyğun olan əlamətlər var:
"Bunlardan birincisi USAID-ın bağlanmasıyla bağlı qərardır. Bu, artıq ABŞ-nin Qafqaz siyasətində pozitiv bir dönüşdür. Çünki USAID ən çox Ermənistana pul ayırmışdı və bunların bir hissəsi Azərbaycana qarşı informasiya müharibəsinə, hərbi hazırlığa xərclənirdi.
Bayden administrasiyası məhz USAID kimi təşkilatlara arxalanaraq, Gürcistan xalqının iradəsini qəbul etmirdi. USAID bağlandısa, demək, artıq bu iki ölkədə ABŞ özlüyündə pozitiv nöqəyə qayıtmış olur. Bu, Azərbaycanla münasibətlərdə də eyni xarakteri daşıyır. Düzdür, USAID-ın Azərbaycana münasibətdə imkanları bir qədər məhdud idi, ancaq bu, Azərbaycan dövləti güclü olduğuna görə beləydi. İndi isə bu təşkilat bağlanır.
Azərbaycana münasibətdə pozitiv ikinci hərəkət odur ki, faktiki olaraq Bayden administrasiyası Paşinyanı qəbul etmədi və onu əlboş qaytardı.. Bu özü də Azərbaycanın mənafəyi, Qafqazda sülh və hüquq baxımından ədalətlidir.
Çünki Paşinyan müharibə, Azərbaycan və Tramp sülh istəyir. Düşünürəm ki, bu yaxşı nəsələrə gətib çıxaracaq”.