EN

Azad edilən ərazilərdə məskunlaşan tələbələrin təhsil haqqını dövlət ödəyəcək

2024-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 982 milyon 63.3 min manat vəsait sərf edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 596 min manat azdır. Belə ki, 2023-cü ildə azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 5 milyard 983 milyon 659 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (1 mlrd. 374 mln. 784 min manat), Laçın (894 mln. 736.7 min manat) və Ağdam (809 mln. 487 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 435.1 milyon manat vəsait yönəldilib ki, bununda 15 milyard 524 milyon 894 manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 38.5%-ni təşkil edib.

Aşağıdakı cədvəldə ötən il və 2023-cü ildə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Azad edilmiş ərazilər2023-cü il min manat2024-cü il min manat
Kəlbəcər 916 819,71 374 784,6
Laçın 1 494 430894 736,7
Ağdam 565 801,3809 487,5
Şuşa624 545751 529
Zəngilan584 668,7552 037,5
Füzuli 739 552,9540 107,4
Cəbrayıl 663 727,2436 626,8
Qubadlı 277 890,7316 792,3
Xocavənd 111 310,2115 739
Xocalı rayonu4 882,170 272,8
Xankəndi31,569 497,2
Ağdərə 50 452,5
Chosen
26
12
azpolitika.info

10Sources